EN

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı açıqlanıb

İsrail qüvvələrinin Livana həyata keçirdiyi hücumlarda 1928 nəfər həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Livan hökumətinin Fəlakət Riskinin İdarə Edilməsi Birliyi məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun Livana həyata keçirdiyi hücumlarda 9 min 290 nəfər yaralanıb,1 milyon 200 min insan isə evlərini tərk edib.

İsrailin son 24 saatda Livana hücumlarında isə daha 55 nəfərin həyatını itirdiyi, 156 nəfərin isə yaralandığı qeyd edilib.

 

Gözəl Həşimova

1Sources