EN

Azərbaycan şirkətinin qazancı "aşıb-daşır" - BANKLARDAN ÇOX QAZANIR - HESABAT

"Nort Vest Konstrakşn" MMC 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.

FED.az xəbər verir ki,  MMC-nin  2023-cü ildə 415 milyon 988 min manata bərabər olub. Bu da gəlirlərin illik 143 milyon 478 min manat və ya 1,5 dəfə artması deməkdir.

Satışın maya dəyəri 125 milyon 613 min manat və ya 53% artaraq 362 milyon 778 min manata yüksəlib.

Ümumilikdə isə şirkətin ümumi gəlirləri 53 milyon 210 min manata bərabər olub. Bu da gəlirlərin 17 milyon 684 min manat, başqa sözlə 50,5% artım deməkdir.

Şirkət ümumi və inzibati xərclərini 144 min manat və ya 1,3% azaldaraq 10 milyon 856 min manata endirirb (bu xərclər həm də cəmi xərclər olub). Sair xərcləri 2022-ci ildə 9 milyon 206 min manat olsa da 2023-cü ildə olmayıb.

Əməliyyat mənfəəti 42 milyon 354 min manat olub. Bu da illik müqayisədə 27 milyon 214 min manat, başqa sözlə 2,8 dəfə çoxdur.

Ötən il "Nort Vest Konstrakşn"  8 milyon 182 min manat mənfəət vergisi ödənişindən sonra 2023-cü ili 32 milyon 729 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 8 milyon 868 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci illə müqayisədə 2023-cü ildə "Nort Vest Konstrakşn" şirkətinin xalis mənfəət 23 milyon 861 min manat və ya 3,7 dəfə artıb.

 Ötən ilin sonuna "Nort Vest Konstrakşn" MMC 169 milyon 46 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-cü ilin sonunda 351 milyon 338 min manat cəmi aktivlərə malik idi. Aktivlər son bir ildə 182 milyon 292 min manat, başqa sözlə 2,1 dəfə azalıb.

Öhdəliklər 210 milyon 131 min manat və ya 2,7 dəfə azalaraq 125 milyon 556 min manata düşüb.

Balans kapitalı isə 27 milyon 841 min manat, başqa sözlə 2,8 dəfə artaraq 43 milyon 491 min manata yüksəlib.

image

Chosen
3
fed.az

1Sources