EN

Tçuameni: “Bizə güclənmək üçün həmkarlar ittifaqı gərəkdir”

“Real”ın və Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Tçuameni futbolçuların oyun təqviminin həddindən artıq yüklənməsindən danışıb.

Arena.az fransalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Futbolun ən yüksək qurumları bir araya gələrək bizim hamımıza – futbolçulara uyğun olan bir təqvim üzərində razılığa gəlməlidirlər. Bizə güclənmək üçün həmkarlar ittifaqı gərəkdir. Qarşıda çoxlu oyunlar var və buna görə də zədələr çoxalır”, deyə Tçuameni şikayətlənib.

Tçuameni 2024-cü ilin ən yaxşı futbolçusu üçün “Qızıl top”u kimin qazanmağa layiq olduğu haqda sualı da cavablayıb:

“Vinisius Junior “Qızıl top”a layiqdir. O, çox yaxşı mövsüm keçirib. “Vini”nin “Qızıl top”u qazanmaq imkanı böyükdür”.

Orelyen Tçuameni Madrid “Atletiko”sunun fransalı hücumçusu Antuan Qrizmanın “xoruzlar”ın heyətində çıxışına xitam verməsi qərarına da münasibətini açıqlayıb:

“Onun açıqlaması bizi çox təəccübləndirdi. Təəssüf ki, o, bizi tərk etmək qərarına gəldi, amma bu, bir çerçəklikdir. Bu, bizə təsir edəcək, amma Antuan belə bir qərar verdiyindən, onun üçün daha yaxşı olacaq. Ona şəxsi səviyyədə uğurlar diləyirəm”.

Xatırladaq ki, sentyabrın 30-da Antuan Qrizmanın Fransa yığmasında çıxışına xitam verdiyi haqda məlumat yayılıb. Qrizman bu barədə özünün sosial şəbəkə hesabları üzərindən şəxsən məlumat paylaşıb.

Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.

Qrizmann 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 137 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

Chosen
8
arena.az

1Sources