EN

QHT sədri Bolqarıstanda Avropa Hemofiliya Konsorsiumunun konfransında iştirak edəcək

Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Bolqarıstanın Sofiya şəhərində keçiriləcək Avropa Hemofiliya Konsorsiumunun tibb elmi konfransında iştirak etmək üçün yola düşür.

QHT.az xəbər verir ki, konfrans, qanın müxtəlif laxtalanma pozğunluqlarının müasir müalicəsi və profilaktikası mövzusunda üç gün davam edəcək. Ayaz Hüseynov, bu beynəlxalq konfransın hemofiliya və digər laxtalanma pozğunluqları ilə mübarizədə müasir yanaşmaların müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğuladı. O, konfransda iştirak edərək, beynəlxalq mütəxəssislərlə fikir mübadiləsi aparmaq, yeni müalicə üsulları və profilaktik tədbirlər haqqında məlumat almaq niyyətindədir. Bu cür tədbirlərin hemofiliya xəstələrinin həyat keyfiyyətinin artırılması üçün vacib olduğunu qeyd etdi.

Pərvanə Fərhadqızı

Chosen
22
qht.az

1Sources