EN

Bu gün “Qarabağ” “Malmö”nü qəbul edəcək

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda növbəti oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, “köhlən atlar” doğma meydanda İsveçin “Malmö” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr

 

20:45. “Qarabağ” – “Malmö”

Xatırladaq ki, “Qarabağ” I turda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olub. 

 


Bizim.Media  

Chosen
3
18
bizim.media

10Sources