EN

Zooparkda kütləvi heyvan ölümü - BU VİRUSA YOLUXDULAR

Vyetnamın cənubundakı iki böyük zooparkda quş qripi (H5N1 virusu) səbəbindən avqust və sentyabr aylarında 47 pələng ölüb.

News24.az “Vietnam News”-a istinadən xəbər verir ki, qrip pələnglərlə yanaşı, 3 aslan və 1 panteranın ölümünə səbəb olub.

Bildirilib ki, ölmüş heyvanların qan nümunələrində quş qripi kimi tanınan H5N1 virusu aşkar edilib.

Səlahiyyətlilər bölgədə vəhşi heyvanların kütləvi ölümünə səbəb olan epidemiyaya nəzarət etmək üçün xəstəliklərə nəzarət mərkəzləri ilə birlikdə çalışdıqlarını bildiriblər.

Teymur Məmmədov



Chosen
28
news24.az

1Sources