EN

İsrailin Beyrutun mərkəzinə hücumu 6 nəfərin ölümünə səbəb olub

İsrailin Beyrutun mərkəzinə endirdiyi hava zərbələri nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb...

Poliqon “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Oktyabrın 2-də axşam İsrail ordusu Beyruta “məqsədli” zərbə endirdiyini elan edib.

Associated Press (AP) Agentliyinin məlumatına görə, İsrailin zərbəsinin hədəfi Livan “Hizbullah” hərəkatının tibb bölməsi ilə əlaqəli yaşayış binası olub. “Hizbullah”a bağlı “Əl-Mənar” telekanalı Beyrut İslam Səhiyyə Təşkilatının mərkəzi Bəşur rayonundakı ofisinə hücum edildiyini bildirib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində İsrailin hücumları nəticəsində 46 nəfər ölüb, 85 nəfər yaralanıb. Zərbələr Nəbataba əyalətinin cənub bölgələri, Bekaa, Baalbek-Hermel, eləcə də Livan silsiləsində endirilib.

Xatırladaq ki, sentyabrın sonunda İsrail Livanda “Şimal oxları” adlı hücum əməliyyatına başlayıb. Bir neçə gün ərzində “Hizbullah”ın baş katibi Həsən Nəsrullah da daxil olmaqla 30-a yaxın lideri öldürülüb. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanda məhdud quru əməliyyatına başladığını elan edib.

Poliqon.info

Chosen
19
1
poliqon.info

2Sources