EN

Tramp Ukrayna və İranla bağlı danışıqlar aparır

Pompeo: Tramp seçkidə qalib gələcəyi təqdirdə problemlərin həlli üçün Ukrayna və İranla bağlı danışıqlara başlayıb...

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ağ Evə qayıdacağı təqdirdə Ukraynadakı vəziyyəti və İran məsələsini həll etmək üçün artıq danışıqlar aparır.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo bildirib. Bu barədə məlumat yayıb.

“O, artıq danışıqlar aparır. Tramp hakimiyyətə qayıtmaya bilər, seçkiləri uduzdura bilər, amma qalib gəlməsi halını nəzərə alaraq artıq dünyaya siqnallar göndərir”, deyə Pompeo Böyük Britaniyadakı Siyasət Mübadiləsi analitik mərkəzinə Trampın siyasəti ilə bağlı suala cavab verib.

Donald Tramp daha əvvəl bəyan etmişdi ki, onun seçkilərdəki qələbəsi üçüncü dünya müharibəsinin qarşısını almağa kömək edəcək. Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən sonra Tramp sosial şəbəkələrdə Kamala Harrisin Ukraynadakı münaqişəni həll etmək iqtidarında olmadığını yazıb.

Poliqon.info

Chosen
35
poliqon.info

1Sources