EN

“Orionid” meteor yağışı müşahidə ediləcək

Bakı. Trend:

Bu haqda Bakı Dövlət Universitetinin Fizika fakültəsininAstrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, “yağış”oktyabrın 2-dən noyabrın 7-dək davam edəcək və oktyabrın 21-də pikhəddə olacaq.

Trend xəbər verirki, mənbəyi Orion bürcündə olduğuna görə bu meteor yağışıOrionidlər adlanır. Onun zirvəsində saatda 20-yə qədər meteorgörünə bilər. Abşeron yarımadasında yağış saat 22:00-dan 06:27-yə –səhər açılana qədər müşahidə olunacaq.

Bu, ayın ikinci meteor yağışıdır. Drakonid meteor yağışıoktyabrın 6-10-da müşahidə ediləcək və oktyabrın 8-də pik həddinəçatacaq.

Orionid meteor yağışı Halley kometinin yaratdığı ikinci meteoryağışıdır. Halley kometinin Günəş ətrafında bir dövrününtamamlanması təxminən 76 il çəkir. O, Yerdən növbəti dəfə 2061-ciildə görünəcək.

Bəzən meteorlar meteor yağışı kimi tanınan qruplar halındadüşürlər. Meteor yağışını təşkil edən meteorlar paraleltrayektoriyalarla və eyni sürətlə hərəkət etdiyi üçün Yerdəkimüşahidəçilərə səmanın eyni nöqtəsindən uçurlar kimi görünür. Bunöqtəyə radiant deyilir. Ənənəyə görə, meteor yağışları radiantınyerləşdiyi bürcün adını daşıyır.

Chosen
17
15
az.trend.az

10Sources