EN

Günəşdə son illərin ən güclü partlayışlarından biri baş verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çərşənbə axşamından çərşənbəyə keçən gecə Günəşdə cari aktivliyi dövrünün ən güclü partlayışlarından biri baş verib. Oktyabrın 2-də 3842 saylı günəş ləkələri qrupunda "X7.1" sinifli partlayış qeydə alınıb və 31 dəqiqə davam edib.
Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan xəbər verilib.
Bildirilir ki, bu, 2019-cu ilin dekabrında başlayan cari günəş dövründə ikinci ən güclü partlayışdır. Daha güclü hadisə yalnız bir dəfə - 2024-cü ilin mayın 14-də ("X8.7" sinifli) baş verib.
Son hadisə Günəş diskinin mərkəzində baş verib ki, bu da onun planetimizə təsirini maksimum edir. Partlayış nəticəsində yüklü hissəciklərin axını planetimizə doğru hərəkət edib. Onun cümə axşamından cüməyə keçən gecə Yerə çatacağı gözlənilir.
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə 5 sinfə bölünür: "A", "B", "C", "M" və "X". Minimum "A0.0" sinfi Yer orbitində kvadrat metrə 10 nanovat şüalanmaya uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 qat artır.
Chosen
53
50
oxu.az

10Sources