EN

"Real" və "Bavariya" məğlub oldu, "Liverpul" üç xal qazandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasında liqa mərhələsinin ikinci turuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, oyun günü bir sıra gözlənilməz nəticələrlə yadda qalıb.
"Real Madrid" Fransada "Lill"in qonağı olub. Kral klubu meydandan minimal hesablı məğlubiyyətlə ayrılıb - 1:0.
Eyni hesabla "Bavariya" səfərdə "Aston Villa"ya uduzub. Alman maşını bu dəfə ingilislərin qarşısında aciz qalıb - 1:0.
"Benfika" ev matçında "Atletiko Madrid"in qapısından dörd cavabsız top keçirib - 4:0.
"Liverpul" doğma meydanda "Bolonya"nı sınağa çəkib. Mersisaydlılar inamlı qələbə qazanıblar - 2:0.
"Jirona" və "Feyenoord" arasındakı qol duelində ikincilər üstün olublar - 2:3.
Həmçinin, "Dinamo Zaqreb" - "Monako" görüşü 2:2, "Ştrum Qraz" - "Klub Brügge" qarşılaşması isə 0:1 hesabı ilə yekunlaşıb.
Chosen
44
oxu.az

1Sources