EN

Ancelina Coli sevgilisi olduğu iddia edilən şəxsin fotosunu paylaşdı

Aktrisa Ancelina Coli növbəti dəfə reper Akala ilə münasibətdə şübhəli bilinib.

Ucnoqta.az xəbər verir ki, aktrisa reperin fotolarını İnstaqram səhifəsində yayımlayıb.

Ancelina Coli pərəstişkarlarının reperlə münasibətdə olduğuna dair ehtimallarını gücləndirib.
Akalanın tədbirdəki fotoları onun brendinin sosial media hesabında yer alıb. Bundan əvvəl isə reper “Mariya” filminin premyerasında Ancelina Colini dəstəkləməyə gəlmişdi.

Bir gün əvvəl Ancelina Coli sevgilisi olduğu iddia edilən 40 yaşlı britaniyalı reper Akala ilə Venesiya Film Festivalında fotosessiyaya çəkilib.
Ancaq cütlük birgə çıxışları ilə bağlı şərh verməyib. Jurnalistlər cütlüyün necə münasibət qurduğunu öyrənə biliblər.

“Sosial və humanitar məsələlərə gəldikdə onlar eyni ehtirasları bölüşürlər.
Bu illər ərzində onlar qlobal problemlərə həsr olunmuş bir neçə birgə layihələr həyata keçiriblər. Coli onun haqqında çox yüksək danışır”, - insayder nəşrə bildirib.

Chosen
23
ucnoqta.az

1Sources