EN

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

ABŞ hökuməti Ukrayna sakinlərinə və onların arasından olan qaçqınlara humanitar yardım göstərmək üçün 237 milyon dollar ayırmaq qərarına gəlib...

APA xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin saytında dərc edilmiş məlumatda deyilir.

Qurumun direktoru Samanta Pauer Birləşmiş Ştatların agentlik vasitəsilə əhalinin münaqişədən təsirlənmiş ən həssas qruplarını dəstəkləmək üçün əlavə humanitar yardım olaraq 237 milyon dollar ayırdığını açıqlayıb. Onun açıqlamasında yardımın mülki əhali üçün qışa hazırlıq məqsədilə həyati əhəmiyyətli sahələrə xərclənəcəyi bildirilir. Söhbət, xüsusilə, ərzaq və mənzil təminatından gedir. Bundan əlavə, agentlik Ukraynada fiziki reabilitasiya sisteminin potensialının gücləndirilməsi üçün 13 milyon dollar ayıracaq.

Poliqon.info

Chosen
5
3
poliqon.info

4Sources