EN

Azərbaycanda evə ildırım düşdü

 

Bərdədə yaşayış evinə ildırım düşüb.

Qaziler.az AZƏRTAC-a istinadla xəbər verir ki, təbiət hadisəsi rayonun Darğalar kəndində qeydə alınıb.

Vəliyevlər ailəsinin yaşadığı beşotaqlı evə düşən ildırım nəticəsində mənzilə ciddi ziyan dəyib.

Evdə elektrik sistemi və elektron məişət avadanlıqları sıradan çıxıb.

Chosen
11
17
qaziler.az

10Sources