İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal rayonlarına açılan atəşlə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, ümumilikdə ordu Livan ərazisindən 100-dən çox mərmi atıldığını aşkar edib.
Qərbi Qalileyə doğru 70-ə yaxın raket, Yuxarı Qalileyə daha 30 raket atılıb. Bundan əlavə, sərhəddəki Avivim kəndi istiqamətində iki raket atılıb. Raketlərin bir hissəsi açıq ərazilərə düşüb.