EN

Okan Buruka neçə oyunluq cəza veriləcək?

“Qalatasaray''ın baş məşqçisi Okan Burukun başı yenə bəladadı.
Bilindiyi kimi superliqanın son turunda ''Qalatasaray'' öz meydanında ''Kasımpaşa'' ilə oyunda 3 topluq üstünlüyü qoruya bilməmiş və yekunda 3:3-lük bərabərlik qeydə alınmışdı. Həmin oyunda hesab 3:1 olarkən gənc hakim Ozan Ərgün VAR-ın məsləhəti ilə topun ələ təmas etdiyi epizodu izlədikdən sonra ''Cim-Bom''un qapısına penalti təyin etmiş və qonaqlar fərqi minimuma endirmişdi.

Hakimin monitoru izlədikdən sonra verdiyi qərar Okan Buruku yaman qəzəbləndirmiş və onun ''bu epizoda penalti verən hakim bir daha burda oyun idarə edə bilməz'' sözü kameraya düşmüşdü. Təcrübəli məşqçinin bu ifadəsi futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Elə dünən mətbuat konfransı keçirərək önəmli açıqlamalar verən ''Fənərbaxça''nın vitse-prezidenti Acun Ilıcalı da bu olayı yenidən gündəmə gətirərək Buruku tənqid etdi. Amma belə görünür, 50 yaşlı mütəxəssis tək tənqidlə qurtula bilməyəcək. Belə ki, o, 41-ci, yəni ''təhdid'' maddəsi ilə Nizam-İntizam Komitəsinə sövq edilib. Bu maddə ilə sövq üçün isə minimum 3 oyunluq cəza nəzərdə tutulub! Ona görə də Buruka neçə oyunluq cəza veriləcəyi böyük maraqla gözlənilir.

Xatırladaq ki, bu məşqçi ötən mövsüm ''Sparta'' ilə cavab oyunundan sonrakı hərəkətləri üzündən də UEFA tərəfindən 2 oyunluq cəza almışdı. Bu üzdən Buruk Çempionlar Liqasının pley-offunda ''Yanq Boyz''a qarşı oyunlarda komandanın başında yer almamışdı.

ƏLİ

Chosen
19
football-plus.az

1Sources