EN

İsrail ordusu Livandan ölkə ərazisinə 100-dən çox raket atıldığını açıqlayıb

İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal rayonlarına açılan atəşlərin yeni dalğasını qeydə alıb.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin hesabatına görə, ümumilikdə ordu Livan ərazisindən 100-dən çox mərmi atdığını aşkar edib.

Hesabatda qeyd edildiyi kimi, Qərbi Qalileyə doğru 70-ə yaxın raket, Yuxarı Qalileyə daha 30 raket atılıb. Bundan əlavə, sərhəddəki Avivim kəndi istiqamətində iki raket atılıb.

Raketlərin bir hissəsi açıq ərazilərə düşüb. İtkilər barədə məlumat verilmir.

Chosen
8
2
apa.az

3Sources