EN

HƏMAS Təl-Əvivdəki hücumuna görə məsuliyyəti öz üzərinə götürüb

HƏMAS hərəkatı Təl-Əvivdə tramvayda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Qaziler.az “Reuters”ə istinadla bildirir ki, bu haqda HƏMAS-ın hərbi qanadı “Əl-Qəssam Briqadaları” sosial şəbəkələrdə müvafiq bəyanat yayıb.

HƏMAS bəyanatında hücumun “Yaffa” əməliyyatının tərkib hissəsi olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 1-də “M-16” tüfəngləri ilə silahlanmış iki şəxs Yaffa bölgəsindəki Qüds prospektində atışmadan əvvəl tramvaya girərək sərnişinlərə atəş açıb. Terror aktı nəticəsində 8 nəfər həlak olub. Hər iki terrorçu məhv edilib.Terror aktı İranın İsrailə raket hücumuna başlamasından az sonra baş verib.

QAZİLER.AZ

Chosen
30
5
qaziler.az

7Sources