EN

Aslan keçmiş prezidentin işçisini parçaladı

Nigeriyanın Oqun əyalətinin Abeokuta şəhərində şir keçmiş prezident Olusequn Obasancoya məxsus zooparkın zooparkının işçisini parçalayıb.

Ölkə.az Lent.az-a istinadla bildirir ki, hadisə axşam saatlarında, zooparkın bağlandığı vaxt baş verib. Təcrübəli 35 yaşlı baxıcı dostlarını vəhşi heyvanların necə qidalandığını izləməyə çağırıb. O, aslana yemək gətirib və heyvanın onu yaxşı tanımasına inandığı üçün qapını bağlamayıb.

Aslan baxıcının diqqətsizliyindən istifadə edərək, onun üstünə cumub və boynunu dişləyib. Müayinə zamanı yaranın ölümcül olduğu ortaya çıxıb. Zooparkın əməkdaşları heyvanı vurmaq qərarına gəliblər.

Chosen
26
1
olke.az

2Sources