EN

İsrail İranı vuracaqmı? - təhlil

Videonu səhifənin aşağısından və ya YOUTUBE kanalımızdan izləyə bilərsiniz.

İran İsraildən Həmas və Hizbullah liderlərinin qətlinin qisasını almaq üçün Təl-Əvivə raketlər atdı.

İsrail də İrandan qisas alacağını deyir. İsrailin keçmiş baş naziri Naftali Bennett sərt danışıb. O deyib ki, "bu son 50 ildə ən böyük fürsətdir ki, Yaxın Şərqin görünüşünü dəyişdirək". O hesab edir ki, İsrail İranın nüvə obyektlərini partlatmalıdır ki, bu terrorçu rejimə ölümcül zərbə vursun.

BBC müxbiri Jeremy Bowen hesab edir ki, onun bu sözləri ölkədəki ab-havanı əks etdirir: "Mən İsrailin İranda əlinə keçə hər şeyə -nüvə məkanları, neft-kimya obyektləri - bir sözlə, İran iqtisadiyyatına zərbə vuracaq hər yerə hücum edəcəyini istisna etmirəm".

Əvvəllər İranın müdafiə qalxanı Livanda Hizbullah idi - onun böyük silah arsenalı vardı və İranın nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə istifadə olunacaqdı.

Ancaq artıq Hizbullah təşkilatından bir şey qalmayıb, silahlarının yarısı məhv edilib və onun məskən saldığı torpaqları - Livanı İsrail işğal edib.

Bu dəfə Amerika da İsrailə dur demir. Prezident Joe Biden daha bir döyüş aviadaşıyıcıları donanmasını Aralıq dənizinə göndərir.

BBC müxbiri Jeremy Bowen-in fikrincə, bu o deməkdir ki, ABŞ İrana mesaj verir - İsraili vursan, ABŞ-ı vurmuş olacaqsan.

Artıq belə görünür ki, diplomatiyaya yer qalmayıb və hər kəs daha böyük regiona yayıla biləcək müharibə haqqında danışmaqdadır.

Paylaşımını ötürün YouTubeGoogle YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Qəbul edin və davam edinXəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Məzmun mövcud deyil

Daha çoxu üçün YouTubeBBC kənar saytların məzmununa məsul deyil.

Chosen
20
bbc.com

1Sources