EN

Rusiya kənd təsərrüfatında tənəzzül: İstehsal 3,2 faiz azaldı

2024-cü ilin yanvar-avqust aylarında Rusiyada kənd təsərrüfatı istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz azalıb.

Musavat.com xəbər verir ki, məlumat Rosstatın Rusiyadakı sosial-iqtisadi vəziyyətlə bağlı hesabatında yer alıb.

Hesabatdan aydın olur ki, 2024-cü il sentyabrın 1-nə bütün kateqoriyalardan olan təsərrüfatlarda 85,2 milyon ton (ilkin formada) taxıl biçilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz azdır.

Həmçinin bildirilir ki, 2024-cü ilin yanvar-avqust aylarında kəsim üçün mal-qaranın və quşların istehsalı (diri çəkidə) 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 10,5 milyon tona, süd istehsalı 0,8 faiz artaraq 23,3 milyon ton təşkil edib. Bu dövrdə yumurta istehsalı 1,8 faiz azalaraq 31 milyard ədəd olub.

Musavat.com

Chosen
23
musavat.com

1Sources