EN

Prezidentin təyyarəsi məcburi eniş etdi

Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanı daşıyan təyyarə texniki problem səbəbiylə təxminən 5 saat havada qaldıqdan sonra Meksikanın paytaxtı Mexiko şəhərinin hava limanına məcburi eniş edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Brazilya mediası məlumat yayıb.

Məlumata görə, Lula Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak etməli olduğu Meksikadan Braziliyanın paytaxtı Braziliyaya qayıdarkən təyyarədə texniki problem yaranıb.

Braziliya Hərbi Hava Qüvvələri Komandanlığı Lula, həyat yoldaşı Rosangela da Silva və bəzi kabinet üzvlərinin də olduğu 16 nəfəri daşıyan Airbus A319 tipli təyyarənin təhlükəsiz eniş etdiyini açıqlayıb.

Bu nasazlıq səbəbindən təyyarə təxminən 5 saat havada qalıb. 

Braziliya Hərbi Hava Qüvvələri texniki problemin nə olduğunu açıqlamayıb.


Mehriban Mirzəzadə
Demokrat.az
Chosen
1
2
demokrat.az

3Sources