EN

Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bu gün saat 18 radələrində Mingəçevir şəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalı avtomobillə yolu keçən piyadanı vurub.

APA xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Piyada 1954-cü il təvəllüdlü Xalid Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Chosen
26
2
apa.az

2Sources