EN

Bu ilin son Günəş tutulması başlayıb

Bakı. Trend:

Bu gün 2024-cü ilin son Günəş tutulması başlayıb.

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı AstrofizikaRəsədxanasından Trend-əbildirilib ki, Günəş tutulması Bakı vaxtı ilə saat 19:42 başlayıbvə saat 01:47-də bitəcək. Tutulmanın maksimumu saat 22:45-ə uyğungəlir. Maksimal tutulma 7 dəqiqə 24 saniyə davam edəcək.

Bu tutulma halqalı Günəş tutulmasıdır. Halqalı tutulma Ayapogeydə (Yerdən maksimum uzaqlıqda) və yaxın nöqtələrdə olduğuzaman baş verir. Bu zaman Ay diskinin görünən ölçüsü kiçildiyi üçünGünəşi tam örtə bilmir və Ay diskinin kənarında nazik işıqlı halqaqalır.

Tutulma hadisəsi əsasən Sakit okeana düşsə də, ümumilikdə CənubiAmerika, Şimali Amerikanın cənubu, Atlantik okeanı və Antarktidanıəhatə edir. Halqalı tutulmanı isə Çili və Argentinadan müşahidəetmək mümkündür.

Qeyd edək ki, tutulma hadisəsi Azərbaycandan müşahidəolunmur.

Chosen
10
50
az.trend.az

10Sources