EN

Dövlət Agentliyi hərbi xidmətə qəbul elan etdi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Bu barədə Publika.az-a Dövlət Agentliyindən məlumat verilib.

Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, boyu 1.85 sm-dən aşağı olmayan mütənasib bədən quruluşlu 26 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) oktyabrın 07-dən oktyabrın 19-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsindəfəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinəmüddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir.

Agentliyə qəbul edilənşəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:

Chosen
5
13
publika.az

10Sources