EN

ABŞ zibilxanasında 2 milyon dollar dəyərində köhnə avtomobillər tapılıb

ABŞ-da təxminən qırx il ərzində poliqonda olan lüks köhnə avtomobil kolleksiyası aşkar edilib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Daily Mail məlumat yayıb.

 

Los-Ancelesin kənarında 566-dan çox avtomobil və hissələri tapılıb.

Kolleksiya 1950-ci illərdə ABŞ-a köçmüş alman mühacir Rudi Kleinə məxsus idi.

Adam 1967-ci ildə məşhur Porsche Foreign Auto zibilxanasını açıb. Kənardan baxanda polad hasarlar və tikanlı məftillərlə örtülmüş zibilxana tərk edilmiş görünürdü, amma içəridə lüks avtomobillər - Lamborghini, Porsche və Ferrari var idi.

Klein heç vaxt kolleksiyası haqqında danışmadı - yalnız seçilmiş bir neçə nəfər zibilliyə düşə bilərdi. Kolleksiyaçı 2001-ci ildə vəfat etdi, lakin qohumları kolleksiyanın toxunulmaz qalmasına əmin oldular.

Daily Mail-in məlumatına görə, köhnə avtomobillər oktyabrın sonunda hərraca çıxarılacaq. RM Sotheby's saytına görə, "Junkyard: The Rudy Klein Collection" auksionu Kleinin varislərinə milyonlar qazandırmalıdır. Lotlar arasında tarixdə ilk superkar sayılan üç bərpa edilmiş Lamborghini Miura var ki, onların hazırkı dəyəri təxminən 2 milyon dollardır.

Əvvəllər Saratov sakini evlilik xatirinə nadir sovet avtomobilini satıb.

 

Nigar

 

Chosen
9
3
oxu24.com

4Sources