EN

Albert Aqarunovla birgÉ™ döyüşdü, ÅŸÉ™hid olandan bir ay sonra boÅŸ tabutu gÉ™ldi... – FOTO/VÄ°DEO

“Atam komandiri olduÄŸu ekipajda iki hÉ™rbçi ilÉ™ birlikdÉ™ yanıb kül olub. Bu barÉ™dÉ™ bizÉ™ atamın döyüş yoldaşı Nizami NÉ™zÉ™rov danışıb. Onun sözlÉ™rinÉ™ görÉ™, minaya düşən tank elÉ™ yanırdı ki, ora yaxın düşmÉ™k mümkün olmayıb. HÉ™min yanğında atam, Arzu vÉ™ Åžahin adlı iki ekipaj üzvü ÅŸÉ™hid olublar.

Bu sözlÉ™ri Bizim.Media-ya açıqlamasında Qubadan olan Birinci QarabaÄŸ MüharibÉ™si Şəhidi MilyamÉ™ddin ŞəmsÉ™ddin oÄŸlu MÉ™mmÉ™dsalahovun oÄŸlu SiyavuÅŸ MÉ™mmÉ™dsalahov deyib. 

Müsahibimiz deyir ki, atasının idarÉ™ etdiyi tank 1992-ci il iyun ayının 10-da AÄŸdam rayonunda Naxçıvanlı kÉ™ndi istiqamÉ™tindÉ™ minaya düşəndÉ™n sonra ailÉ™lÉ™rinÉ™ bir aydan sonra boÅŸ tabut gÉ™tirilib. MilyamÉ™ddin MÉ™mmÉ™dsalahov Bakıda ŞəhidlÉ™r Xiyabanında dÉ™fn olunub. 

"Atamın tabutunu evimizə 11 əsgər və bir döyüş yoldaşı gətirmişdi. Tabutu açmağa qoymadılar, vidalaşandan sonra Bakıya, Şəhidlər Xiyabanında dəfn etmək üçün apardılar. O zaman mənim 11 yaşım vardı".

Hazırda Milyaməddin Məmmədsalahovun oğlu Siyavuşun ailəsində adını daşıyan 11 yaşlı Milyaməddin böyüyür. O atası ilə birlikdə tez-tez Şəhidlər Xiyabanına, babasının məzarına baş çəkir, onu özünə örnək sayır.

Siyavuş Məmmədsalahov Bizim.Media-ya atasının 1992-ci il may ayının 9-da Şuşa alınandan bir gün sonra televiziyaya verdiyi müsahibəsini təqdim edib. Müsahibədə Milyaməddin Məmmədsalahov o zamanki ordunun səriştəsizliyindən, başda duranların məsuliyyətsizliyi ucbatından yaranan xaos və çaşqınlıqdan, döyüşçü yoldaşı, yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şəhid olmasından təəssüf hissi ilə danışırdı.

O, həmin torpaqların bir gün azad ediləcəyini, Şuşanın yenə bizim olacağını da söyləyib.

Qeyd edək ki, Qonaqkənd qəsəbəsi Qarabağ münaqişəsində 15 oğlunu qurban verib. Onlardan 11-i Birinci Qarabağ, 4-ü isə Vətən Müharibəsində şəhid olub. Qəsəbə məktəbində şəhidlərin hamısının xatirəsinə sinif və guşə yaradılıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
10
bizim.media

1Sources