EN

Vitse-prezidentliyə namizəd Trampla bağlı səhvini etiraf etdi

ABŞ-də vitse-prezidentliyə namizədlərin teledebatı haqqında bir sıra nəşrlər analitik məqalələr dərc edirlər.

Yenicag.az CNN-ə istinadla xəbər verir ki, bu səhər Nyu-Yorkda ABŞ vitse-prezidentliyə Respublikaçılar və Demokratlar partiyalarından olan namizədlər JD Vens və Tim Uolz arasında ilk və böyük ehtimal son teledebat baş tutub.

Bildirilir ki, Tramp və Harrisdən fərqli olaraq bu debatda namizədlər kifayət qədər bir-birinə qarşı nəzakətli, təmkinli davranıblar.

Məlumata görə, Vensə onun yüksək natiqlik və debatlarda çıxış təcrübəsi yardım edib. Eyni zamanda, Tim Uolz debata bir az əsəbi və qeyri-müəyyən başlayıb. Hətta Çində Tiananmen olayları ilə bağlı müzakirədə səhv dediyini də etiraf edib. Vens isə bu dəfə müdafiədən hücuma keçib, lakin ümumilikdə tərəflər narazı seçicilər istiqamətində bərabər nəticə göstəriblər.

CNN debatdan sonra Vensi qalib elan etdiyini açıqlayıb. Vens həmçinin abort məsələsində ona qarşı ittihamları təkzib edib, lakin demokratların insan sağlamlığına qarşı olduqlarını söyləyib.

KİV əlavə edib ki, debatda Vens Harrisin iqtisadi planına qarşı niyə onlar bunu indi həyata keçirmək istəyirlər sualı ortaya çıxıb. 4 il hakimiyyətdə olduqları halda, niyə bunu etmədilər deyə, sual edib.

“Abort və silah məsələləri gözlənildiyi kimi, emosional müzakirə mövzusuna çevrildi. Vins milli abort qadağasını dəstəklədiyini inkar edərək, o və Trampın etibar etmədikləri bu məsələdə Amerika xalqının etimadını qazanmağa sadiq olduqlarını söyləyib. Lakin o, demokratları “həyata dəstək” olmamaqda da ittiham edib”.

Valz isə ittihamları inkar edərək söyləyib ki, doğru deyil:

“Biz qadınlar üçün işləyirik. Biz seçim azadlığının tərəfdarıyıq deyə cavab verib”.

Vens namizəd yoldaşı ilə bağlı ilkin qiymətləndirməsində səhv etdiyini də deyib.

“Mən həmişə açıq olmuşam. Mən bəzən prezidentlə razılaşmamışam, lakin Donald Trampla bağlı səhv etdiyim barədə də son dərəcə açıq danışmışam. Səhv etmişəm”, – deyə o bildirib.

Rafi Müslümov

Chosen
4
yenicag.az

1Sources