EN

Paşinyan əsəbləşdi- mətni oxuyandan sonra nağıl danışırsınız

“Ermənistanın suveren ərazisinin bir millimetri belə heç kimə verilməyib”. Bunu, bu gün Ermənistan parlamentində baş nazir Nikol Paşinyan bildirib: “Əksinə, Ermənistan Respublikasının ərazi bütövlüyünə zərər dəyməyib, əvəzində  Ermənistan Respublikasının ərazi bütövlüyünün təməl daşı qolyulub”.

“Ermənistan” fraksiyasının üzvü Artsvik Minasyanın müxalifətdən olan deputatların sülh müqaviləsi layihəsi ilə tanış olması niyə qadağandır sualına Nikol Paşinyan belə cavab verib: “Mən sizin bu sənədlərlə tanış olmanızı təmin etdim. Siz tanış oldunuz, sonra sosial şəbəkələrdə reallıqla heç bir əlaqəsi olmayan, siyasi məqsədləriniz üçün manipulyasiya edilmiş yazılar yazdınız. Mən də bundan sonra  qadağa qoydum və  yaxşı etdim. Sən gedib mətni oxu, gəl nağıl danış, sonra da bir yerdə oturaq?”-deyə Paşinyan Minasyana əsəbləşib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
9
konkret.az

1Sources