EN

AHİK-də Kadr Dəyişiklikləri: İlham Aslan və Digər Vəzifəli Şəxslər İşdən Azad Edildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının katibi, Audit şöbəsinin müdiri İlham Aslan vəzifəsindən azad edilib. News365.az unikal-a istinadla xəbər verir ki, bu barədə AHİK sədri Sahib Məmmədov əmr imzalayıb. Hələlik İlham Aslanın yerinə təyinat yoxdur.

Qeyd edək ki, İ.Aslan Azərbaycan müdafiə nazirinin sabiq müavini — Əlahiddə Ümumqoşun Ordusunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayevin bacısı oğludur.

Yeri gəlmişkən, yeni sədr bir neçə gün əvvəl keçmiş sədr Səttar Möhbalıyevin xanımı Böyükxanım Mirzə qızı Möhbalıyeva vəzifəsindən azad edilib. Onunla yanaşı, sabiq sədrin daha bir neçə qohumu işdən uzaqlaşdırılıb.

Bununla yanaşı, Sahib Məmmədov dünən S.Möhbalıyevin yerilisi - AHİK-in Audit şöbəsinin müdir müavini Orxan Həbibbəyli də vəzifədən azad edib.

Məlumat üçün qeyd edək ki, Orxan Həbibbəyli də AMEA prezidenti İsa Həbibbəylinin qardaşı oğludur.

Xəbərdə o da deyilir ki, AHİK-ni vəzifəli şəxslərin qohum-əqrabalarından "təmizləyən" yeni sədr yavaş-yavaş öz yaxın ətrafını da AHİK-ə toplayır. Artıq o, özünə yeni götürdüyü müşavir Cəmaləddin Quliyevin "təftişi" ilə daha geniş kadr islahatına başlayacağının siqnallarını verməyə başlayıb.

Chosen
47
news365.az

1Sources