EN

Romada 100-dən çox qatar reysi təxirə salınıb

Romada

Roma, 2 oktyabr, AZƏRTAC

İtaliyanın paytaxtı Romada və şəhərətrafı dəmir yolu şəbəkəsində yaranan texniki nasazlıq 100-dən çox qatar reysinin ləğv edilməsinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, nasazlıq paytaxtda dəmir yolu nəqliyyatını iflic edib.

Nəticədə qatarların hərəkəti dayanıb, saatlarla gecikmələr olub, stansiyalarda sərnişin sıxlığı yaranıb.

İtaliya Dəmir Yolları İdarəsi Romanın “Termini” və “Tiburtina” stansiyaları arasında əlaqənin kəsildiyini, dəmir yolu hərəkətinin dayandırıldığını açıqlayıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Chosen
14
1
azertag.az

2Sources