EN

Sahibkarlarlar investisiya təşviqi sənədi verilmiş layihəsini digər sahibkara ötürə bilə biləcək- FƏRMAN

Image

Sahibkar investisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət edə və investisiya təşviqi sənədi verilmiş layihəsini digər sahibkara ötürə bilə biləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

İnvestisiya təşviqi sənədində göstərilən məlumatlarda dəyişiklik edilməsi ilə bağlı müraciətə Nazirlik tərəfindən 5 iş günü müddətində “Lisenziyalar və icazələr haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxılır. İnvestisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə Nazirlik tərəfindən qəbul edilmiş inzibati akt 2 iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Sahibkar investisiya təşviqi sənədi verilmiş layihəsini (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərini, həmin layihə ilə bağlı hüquq və öhdəliklərini) digər sahibkara ötürə bilər. Bu məqsədlə investisiya təşviqi sənədini almış sahibkar və yeni sahibkar investisiya təşviqi sənədində dəyişiklik edilməsi üçün aşağıdakı sənədlər də əlavə edilməklə birgə ərizə ilə Nazirliyə müraciət etməlidirlər:

- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1−18.2.4-cü maddələrində nəzərdə tutulan sənədlər (yalnız yeni sahibkara münasibətdə);

- investisiya təşviqi sənədinin əsli;

- investisiya təşviqi sənədi verilmiş layihənin (o cümlədən təsərrüfat və digər vergitutma obyektlərinin, həmin layihə ilə bağlı hüquq və öhdəliklərin) yeni sahibkara ötürüldüyünü təsdiq edən sənədlərin surəti.

- Nazirlik bu Qaydada nəzərdə tutulmuş müraciətə 5 iş günü müddətində “Lisenziyalar və icazələr haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar olmadığı, habelə yeni sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəliklərinin mövcud olmadığı halda, investisiya təşviqi sənədi və həmin investisiya təşviqi sənədində dəyişiklik edilməsi barədə qəbul edilmiş inzibati akt yeni sahibkara, bununla bağlı məlumat isə investisiya təşviqi sənədinin ilkin sahibinə 2 iş günündən gec olmayaraq təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.”.





Chosen
5
29
baki-xeber.com

10Sources