EN

Polşa millisinin sabiq qapıçısının “Barselona”ya keçidi rəsmiləşdi

“Arsenal”, “Roma”, “Yuventus” klublarının və Polşa millisinin sabiq qapıçısı Voytsex Şensnının “Barselona”ya keçidi rəsmiləşib.

KONKRET.az-ın Kataloniya klubun rəsmi saytına istinadən məlumatına görə, 34 yaşlı qolkiperlə 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Avqustun sonunda karyerasını başa vuracağını açıqlayan Şesni Mark-Andre ter Ştegenin yerinə qapıçı axtaran Kataloniya klubundan gələn təklifə görə futbolu davam etdirmək qərarına gəlib. Alman futbolçu dizindən ciddi zədə alıb və mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb.

Chosen
37
6
konkret.az

7Sources