EN

Prezident general-mayoru rütbəsindən məhrum etdi

Ədliyyə general-mayoru Tofiq Həsənov ali xüsusi rütbəsindən məhrum edilib.

News365.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsas götürülərək ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum olunub.

Qeyd edək ki, Tofiq Həsənov Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisidir.

 

Chosen
3
17
news365.az

10Sources