EN

Livan limanlarındakı Türkiyə bayraqlı gəmilərin təhlükəsizlik səviyyəsi üç dəfə artırılıb

Livan

İstanbul, 2 oktyabr, Günel Karatepe, AZƏRTAC

Şərqi Aralıq dənizindəki fövqəladə vəziyyətlə əlaqədar olaraq, İsrail limanlarından sonra Türkiyə bayraqlı gəmilərin Livan limanlarında da təhlükəsizlik səviyyəsi üç dəfə artırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir deyib ki, yaranmış vəziyyətlə bağlı daşınacaq malların alışı, gəmilərə yüklənməsi məhdudlaşdırıla, təxirə salına və ya satış tamamilə rədd edilə bilər. Bununla yanaşı, gəmilərə giriş-çıxış əməliyyatları da müvəqqəti dayandırıla bilər.

Chosen
14
azertag.az

1Sources