EN

İtkin düşmüş şəxsin qızı: Xocalı soyqırımı mənim həyatımda ağrılı izlər qoyub

İtkin

Bakı, 2 oktyabr, AZƏRTAC

Ermənilər 1992-ci il fevralında 26-da Xocalı soyqırımını törədən zamanı iki yaşım var idi. Mən valideynlərini itirən 130 uşaqdan biriyəm. O soyqırımı mənim həyatımda ağrılı izlər qoyub.

AZƏRTAC xəbər verir ki, bu sözləri itkin düşmüş azərbaycanlı şəxsin qızı Lamiyə Qarayeva itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın "İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri: onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi və cavablandırılması, əməkdaşlıq və tərəfdaşlıq sahələri" mövzusunda keçirilən sessiyasında söyləyib.

Ermənilərin hücumundan qorunmaq üçün Xocalıda özünümüdafiə dəstələrinin təşkil olunduğunu diqqətə çatdıran Lamiyə Qarayeva əlavə edib: “Dəstənin üzvlərindən biri də mənim atam idi. Biz pusquya düşdükdən sonra ermənilər həmin üzvləri içimizdən döyə-döyə çıxarıb apardılar. Çox təəssüf ki, aparılanların sonrakı taleyi barədə uzun illər məlumat ala bilmədik”.

Lamiyə Qarayevanın sözlərinə görə, Xocalı soyqırımının törədilməsi üçün şaxtalı qış gecəsinin seçilməsi təsadüfi deyildir. Çünki ermənilər hadisənin bir nəfər də olsun şahidinin sağ qalmasını istəmirdilər.

Chosen
7
azertag.az

1Sources