EN

Cüdoçularımız ilk günü medalsız başa vurdu - DÇ

Tacikistanın paytaxtı Düşənbədə gənc cüdoçular arasında dünya çempionatına start verilib.

"Football-plus.az" xəbər verir ki, mundialın ilk günündə millimizin 6 idmançısı yarışa qoşulub.

4 çəki dərəcəsində mübarizə aparan cüdoçularımızdan heç biri medal qazana bilməyib.

Dünya çempionatı
Oğlanlar
60 kq

Nizami İmranov yarışa qələbə ilə başlayıb. O, 1/16 finalda türkmənistanlı Meken Ramazanovu məğlub edib. İmranov 1/8 finalda Pino Balbinlə (Kolumbiya) güləşib. O, bu dueldən də qalib ayrılıb. Nizami növbəti cəhdində Vladimir Ulyanovla (İJF) münasibətinə aydınlıq gətirib. Qarşılaşma təmsilçimizin xeyrinə bitib. İmranov yarımfinalda Yamako Fukuda (Yaponiya) ilə gücünü yoxlayıb. Rəqib finala yüksəldiyindən həmyerlimiz bürünc medal uğrunda yarışıb. Lakin o, bu dəfə də qələbə qazana bilməyib. Qazaxıstanlı Talqat Orinbassar 3-cü yeri tutduğundan Nizami 5-ci olub.

66 kq
Məhəmməd Musayev 1/16 finalda Simas Polikeviçusla (Litva) qarşılaşıb. Qəbələ qazanan cüdoçumuz ikinci sınağında Hyeonsu Yunu (Koreya Respublikası) da mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda yaponiyalı Kairi Kentokunu sınağa çəkib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşdığından Musayev təsəlliverici görüşə qatılıb. Məhəmməd German Kobetsə (İJF) də uduzduğundan mundialı 7-ci sırada tamamlayıb.

İslam Rəhimovun ilk mərhələdə rəqibi Aik Martirosyan (Ukrayna) olub və rəqib qələbə qazanıb.

Qızlar
48 kq

Könül Əliyeva 1/16 finalda Viktoriya Sibilleni (Belçika) məğlub etsə də, ardınca Kristina Dudinaya (İJF) uduzub.

52 kq
İlk mərhələdə mübarizəyə başlayan Xədicə Qədəşova Maya Nuritdinovanı (Türkmənistan) məğlub edib. O, 1/16 finalda Kayrat Ayauylumla (Qazaxıstan) qarşılaşıb və bu görüşü də aktivinə yazıb. Təəssüf ki, Qədəşova 1/8 finalda Alissia Poulanqla (Fransa) bacarmayıb.

Aydan Vəliyeva startda bolqarıstanlı Denitsa Georgiyevadan güclü olub. O, daha sonra İlariya Fenestrona (İtaliya) da qalib gəlib. Vəliyeva 1/4 finalda İroha Olla (Yaponiya) qüvvəsini sınayıb və məğlubiyyətə üzülüb. Aydanın çempionluq yolu bağlandığından təsəlliverici görüşdə tacikistanlı Madina Qurbonzoda ilə üz-üzə gəlib. Vəliyeva qalib gələrək bürünc medal uğrunda Mio Huhla (Koreya Respublikası) qarşılaşıb. Cüdoçumuz bu dəfə də məğlub olub və mundialı 5-ci yerdə başa vurub.

Qeyd edək ki, ölkəmiz mundiala 13 cüdoçu ilə yollanıb.

Chosen
20
football-plus.az

1Sources