EN

Çinin təcrübəsi kiçik və orta müəssisələrin dekarbonizasiya prosesinə daxil olmasını sürətləndirməyə kömək edə bilər

Bakı. Trend:

Çinin ətraf mühitin çirklənməsinə qarşı təcrübəsi kiçik və ortamüəssisələrin (KOM) dekarbonizasiya prosesinə daxil olmasınısürətləndirməyə kömək edə bilər.

Trend xəbər verir ki, bubarədə İctimai və Ekoloji Problemlər İnstitutunun (IPE) direktoruvə qurucusu Ma Jun Bakı İqlim dəyişmələri ilə mübarizə üzrəFəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransının3-cü günündə "Kiçik və Orta Müəssisələrə (KOM) "yaşıl" keçid üzrədəstək" adlı panel müzakirədə deyib.

"Son illərdə Çin kiçik və orta müəssisələrin dekarbonizasiyayakeçidini fəal şəkildə dəstəkləyir.Dünyada ekstremal havahadisələrinin tezliyi artır, yeni dərc olunan qlobal birja hesabatıisə aradan qaldırılması vacib olan əhəmiyyətli bir boşluğu ortayaçıxarıb. Böyük transmilli korporasiyalar və maliyyə institutlarıartıq karbon neytrallığına nail olmaq üçün öhdəlik götürsələr də,KOM-lar ciddi çətinliklərlə üzləşirlər. Onlar qlobal tədarükzəncirlərində mühüm rol oynayırlar və tez-tez SCOPE 3 emissiyalarıkateqoriyasına düşürlər. Əminik ki, Çinin son on ildə yığılmışçirklənmə ilə mübarizə təcrübəsi bu prosesi sürətləndirmək üçünfaydalı ola bilər", - Ma Jun vurğulayıb.

Onun sözlərinə görə, bütün bu təşəbbüslərin əsasını genişmiqyaslı monitorinq və məlumatların açıqlanması təşkil edir ki, buda Çində fəaliyyət göstərən təxminən 16 milyon şirkətinfəaliyyətini izləyən “BlueMap” məlumat bazasının yaradılmasınaimkan verib.

"İqlim Dəyişikliyi ilə, karbon emissiyaları haqqında məlumattoplamaq üçün bir infrastruktur yaratmaqla başlamağın vacibolduğuna əminik. Biz təkcə bütövlükdə ölkəni deyil, ayrı-ayrıvilayətləri və şəhərləri əhatə edən Milli məlumat infrastrukturuyaratmışıq. Bu, həm də dövlət orqanlarına məlumatların açıqlanmasıilə bağlı mütləq tələblərin həyata keçirilməsinə, korporativemissiya göstəricilərinin sistemləşdirilməsinə və onların dahaəlçatan olmasına kömək edir", - o əlavə edib.

Chosen
10
az.trend.az

1Sources