EN

Qəzzada həlak olanların sayı açıqlanıb

Son 24 saat ərzində İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrini artilleriya atəşinə tutması və havadan bombalaması nəticəsində 50-dən çox fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi verib.

Məlumata görə, son sutkada 51 fələstinli həlak olub, 165 nəfər yaralanıb.
Ümumilikdə, İsrail hərbi əməliyyatlarının başladığı gündən bu ilin 2 oktyabrına qədər sektorda 41 689 nəfər öldürülüb, 96 625 nəfər yaralanıb.

Chosen
11
ucnoqta.az

1Sources