EN

Məşhur aktrisa əməliyyat olundu - HAZIRDA SƏHHƏTİ..

Məşhur aktrisa Dəniz Uğur əməliyyat olunub. 

News24.az xəbər verir ki, əvvəl döş xərçənginə qalib gələ bilən aktrisa Dəniz Uğur açıq əməliyyat keçirəcəyini açıqlayıb. 50 yaşlı aktrisa bədənində uzun müddət izlənilən kistanın son 1,5 ildə sürətlə böyüdüyünü açıqlayıb.

Əməliyyat olunan Dəniz Uğur xəstəxana otağından paylaşım edərək səhhəti ilə bağlı məlumat verib.

Məşhur aktrisa, "Dostlarım bilirlər ki, hər əməliyyatdan sonra məni yaxşı görsünlər deyə makiyaj edirəm. Ətraflı patoloji hesabatı bir neçə günə çıxacaq. Əziz həyat yoldaşımın həssas qayğısı və öpüşləri, sözləri sayəsində artıq ağrım yoxdur".

Deniz Uğur, "Əziz dostlarım fiziki və qəlbən yanımda oldular, mənə böyük mənəvi dəstək verdilər. Özümü çox yaxşı hiss edirəm və bilirəm ki, bütün bunlar sizin dualarınız sayəsindədir. Allah hamınızdan razı olsun".

Günel Məlikzadə


Chosen
17
news24.az

1Sources