EN

AMADA-dan seminar

AMADA Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün maarifləndirici seminar keçirib.

Msport.az xəbər verir ki, seminarda iştirak edən idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, Terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, Qadağan edilmiş siyahı, məkan məlumatı və ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumatlar verilib.

Bundan əlavə olaraq, idmançılar seminar müddəti ərzində sorğular vasitəsilə antidopinq sahəsində olan biliklərini yoxlayıblar.

Chosen
4
9
msport.az

10Sources