EN

Nuran Abdullayev:"Almaniyada 500 mindən çox tibb bacısına ehtiyac olacaq" - FOTO

"Almaniyada 2024-cü ildə də peşəkar tibb bacılarına olan tələbat yüksək olaraq qalır". 

Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji cəmiyyətinin sədri Nuran Abdullayev Bakıda azərbaycanlı tibb bacıları və tibb qardaşları üçün keçirilən məlumatlandırıcı konfransla bağlı Moderator.az-a açıqlama verərkən deyib.

O bildirib ki, demoqrafik dəyişikliklər, yaşlanan əhali və qayğı xidmətlərinə artan ehtiyac bu sahədə kadr çatışmazlığını daha da gücləndirir. 

N.Abdullayevin sözlərinə görə, rəsmi statistikalar onu deməyə əsas verir ki, Almaniyada qarşıdakı aylarda 500 min tibb bacısına ehtiyac olacaq və bu ehtiyacın yalnız bir qismini Almaniya özü qarşılaya biləcək:

"Digər vacib məqam isə bundan ibarətdir ki, əgər vəziyyət yaxşılaşmasa, 2035-ci ilə qədər təxminən yarım milyon tibb bacısı çatışmazlığı yaranmış olacaq".

N.Abdullayev bu problemin həll yollarından da danışıb. O söyləyib ki, problemin həlli üçün Almaniya hökuməti xaricdən işçi cəlb edilməsi, iş şəraitinin və maaşların yaxşılaşdırılması və qayğı təhsili sahəsində islahatlar aparmağa çalışır.

FOTO QALEREYA
Chosen
22
avtosfer.az

1Sources