EN

Ancelina Coli məşhur rep ifaçısına aşıq oldu - FOTO

49 yaşlı Ancelina Colinin müğənni Akala ilə eşq yaşadığı iddiaları uzun müddətdir ki, gündəmindən düşmür. Ancelina Colidən 9 yaş kiçik olduğu bilinən Akalanın İnstaqramda Colini izləməsi eşq şayiələrini yenidən alovlandırıb.

News24.az xəbər verir ki, əvvəl 62-ci Nyu York Film Festivalında birlikdə görüntülənən cütlük yenidən Ancelina Colinin ev sahibliyi etdiyi bir iş təşkilatında birlikdə olub.

Ancelina Colinin ötən avqust ayında Akala ilə İtaliyada oteldən çıxarkən görüntülənməsi ikilinin sevgili olduğu iddialarının doğruluğunu gücləndirib.

Cütlüyə yaxın bəzi mənbələr Coli və Akalanın bir ildən artıqdır görüşdüyünü, Akalanın Colinin qızları Şilo və Zahara ilə ötən ilin mayında tanış olduğunu iddia edib.

Günel Məlikzadə

Chosen
16
1
news24.az

2Sources