EN

Ramiz Novruzun qızı: Atamın maşınını satıb borcları ödədim, pullarınızı dağıtmayın! - VİDEO

“Çox səmimi, saxtalıqdan uzaq olan birisiyəm. Pis günümdə özümü yalandan yaxşı göstərə bilməzdim, çünki eynilə papam kimi təbii, real bir insanam”.

Ölkə.Az xəbər verir ki, bunu mərhum Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruz sosial şəbəkələrdə yazıb. O, pandemiya dövründə çox şey itirdiyini, demək olar ki, müflis olduğunu bildirib:

“Keçən aya qədər çox əziyyət çəkdim. Mənə deyirdilər ki, bu, Allahın sənə verdiyi bir sınaqdır. Bu sınaq bir az çox uzandığına görə artıq gücüm və taqaətim qalmamışdı. Çünki təkbaşına qalmışdım. Bütün ailənin yükü və qayğısı üzərimdə idi. Çox borclandım, ağlınıza gəlməyən dərəcədə çox. Sentyabrda möcüzə baş verdi. Mənə böyük iranlı iş adamlarından təklif gəldi. Əslində, bu təklif pandemiyadan öncə, mənim sayını bilmədiyim qədər pul qazanan vaxtlarımda da gəlirdi, amma qəbul etmirdim. Çünki ehtiyac duymurdum. Adımı brend olaraq almaq istəyirdilər ki, başqa ölkələrdə də “Şəfəq Novruz” şəbəkələri açsınlar. Əlbəttə ki, bu brendi əziyyətimlə yaratdığıma görə pulla satmağa qısqanırdım. Deyirlər gərək, zamanında razılaşardım.

Uzun sözün qısası, “Şəfəq Novruz” brendini ürəyimcə olan bir qiymətə satdım. 6 ay boyunca bu məbləğ mənə göndəriləcək və bütün borclarımı bağlayacağam. Əvvəlki həyatıma daha güclü, daha həvəsli dönəcəyəm. Öz işimə investisiya qoyacağam və hər şey əvvəlkindən də gözəl olacaq. Və xəyalları ilə yaşadığım bu maşını ilk ayımın qonorarı ilə aldım”.

Stilist çətin günlərdə mərhum atasının maşınını da satdığını söyləyib:

“İnanıram ki, papam məni görür. Onun maşınına qədər satıb borclarıma vermişdim. Amma 10 UF 005 nömrəsi papamdan yadigar qaldı. Onu ölsəm də, satmazdım. Elə bu nömrəni də, satdığım maşını da onsuz da papama mən hədiyyə eləmişdim.
Nömrəni yol polisinə təhvil verəndə demişdim tezliklə geri qaytaracağam, amma belə tez olacağına inanmırdım.
Sonda sizə tövsiyəm, çalışın, düşməyin. Mənim kimi saf olub pullarınızı dağıtmayın. Əksinə, əlinizdəki pulu qoruyun ki, mənim başıma gələnlər sizə də qismət olmasın. Çünki pulun, şöhrətin varsa, hamı başına dolanır və hörmətlisən, düşdünsə, batırsan. Mənim həyatımda pul testindən yaxşı keçən 2-3 nəfər oldu, qalanlar isə əsl üzlərini göstərməyə bir az tələsdilər.
İndi pis günlərə “əlvida” demək vaxtıdır. Budəfəki dönüşüm daha güclüdür. Nəinki öz işim, böyük bizneslərlə məşğul olmağa qədəm qoyuram. Əlvida pis günlər, xoş gəldin əvvəlkindən də gözəl günlər. Sadəcə çatışmayan atamdır. İnanıram ki, o da ki, görür, fəxr edir”.

Billurə

Chosen
8
1
olke.az

2Sources