EN

Xabi Alonso "Milan" üzərində qələbə haqda nə dedi?

Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda evdə "Milan"ı 1:0 hesabı ilə məğlub edən "Bayer Leverkuzen"ın baş məşqçisi Xabi Alonso oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı ispaniyalı mütəxəssisin sözlərini belə çatdırıb:

"Milan" bizimlə ciddi şəkildə döyüşdü. İlk 60 dəqiqədə çox yaxşı təsir bağışladıq. Sona yaxın yorulsaq da, ruh və xarakter göstərdik. Çempionlar Liqasında dözmək, mübarizə aparmaq, komanda ruhu sərgiləmək vacibdir. Bu bizim üçün önəmli addımdır. Fiziki güc çatışmazlığından əziyyət çəksək də, oyunumuzdan razıyam".

Nihat

Chosen
13
fanat.az

1Sources