EN

Ali Təhsildə Keyfiyyət Təminatı üzrə ilk Simpozium keçirildi (FOTO)

Bakı. Trend:

ADA Universiteti Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (TKTA)ilə əməkdaşlıq çərçivəsində 2024-cü il 26-27 sentyabr tarixlərində31 ali təhsil müəssisəsindən 55 mütəxəssisin iştirakı ilə alitəhsildə keyfiyyət təminatı üzrə ilk simpoziuma ev sahibliyiedib.

Trend xəbər verir ki,tədbirin açılış nitqində TKTA-nın İdarə Heyətinin sədri TuralƏhmədov ali təhsil müəssisələrinin institusional akkreditasiyasıkontekstində keyfiyyət təminatının əhəmiyyəti, əldə olunmuş təcrübəvə ümumi tendensiyalar barədə faktları iştirakçıların diqqətinəçatdırıb.

İki gün davam edən simpoziumda həm yerli, həm də beynəlxalqekspertlər tədrisin qiymətləndirilməsi, institusional akkreditasiyasahəsindəki irəliləyişlər, tədrisə müasir yanaşmalar, məlumatlarınhesabatlılığı və universitetlərdə keyfiyyət təminatımexanizmlərinin müxtəlif strukturları haqqında fikirlərinibölüşüblər. Tədbir, ali təhsil müəssisələri arasında əməkdaşlıq vəfikir mübadiləsi üçün platforma rolunu oynayıb.

Tədbirdən sonra ADA Universitetinin Keyfiyyət Təminatı vəAkkreditasiya şöbəsinin rəhbəri Maurus Roller simpoziumun uğurunuvurğulayıb: “Bu iki gün ərzində müsbət və məhsuldar mühit bütüngözləntilərimi qarşıladı. Bu, mövzunun əhəmiyyətini və ölkənin alitəhsil müəssisələrində keyfiyyət təminatı sahəsində çalışanlarıntöhfələrini bir daha sübut edir”.

Bu fikri Almaniyanın Potsdam Universitetində Keyfiyyət vəİnkişaf Mərkəzinin rəhbəri və tədbirin spikerlərindən biri olanFrank Niedermeier də bölüşüb: “Simpozium yaxşı təşkil olunmuşdu. Butədbirin bir hissəsi olmaqdan məmnun oldum, bu, təkcə iştirakçılarüçün deyil, həm də mənim üçün yaxşı bir təcrübə oldu”.

ADA Universitetinin akademik işlər üzrə prorektoru ElkinNurməmmədov isə simpoziumun uğurunu nəzərə alaraq bu tədbirin həril ənənəvi olaraq keçirilməsini planlaşdırdıqlarını qeyd edib.

Simpoziumun nəticəsi olaraq, iştirakçıların bir çoxuuniversitetlər arasında keyfiyyət təminatı sahəsində daha sıxəməkdaşlığa ehtiyac olduğunu vurğulayıb və əməkdaşların təcrübələripaylaşmalarına, ümumi məsələlər və layihələr üzərində birgəişləmələrinə imkan verəcək bir platforma yaratmaq niyyətindəolduqlarını ifadə ediblər.

Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Ali
Chosen
14
3
az.trend.az

4Sources