EN

Bu “nazir” intihar etdi – SƏBƏB

Luqansk Xalq Respublikasının keçmiş yanacaq, energetika və kömür sənayesi “nazir”i Konstantin Zavizenov Moskvaya yaxın bölgədə başından güllə yarası ilə tapılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

2010-2016-cı illərdə o, 2010-cu ildə Rusiya prezidenti Vladimir Putinin yaxın dostu Yuri Kovalçukun oğlu Boris Kovalçukun rəhbərlik etdiyi Rusiyanın ən böyük enerji şirkəti Inter RAO UES-in risklərin idarə edilməsi üzrə direktoru olub.

Mərhumun 50 yaşı var idi.

Rusiya KİV-dəki mənbənin məlumatına görə, Zavizenovun meyiti İstra rayonundakı bağ evində tapılıb. O, kəllə-beyin travmasından dünyasını dəyişib. Hadisə yerinə gələn polis evdə onun azyaşlı oğlu və bir neçə ov tüfəngi aşkar edib. Uşağın dediyinə görə, atası araq içib, onunla həyatdan danışıb. Sonra yatmaq üçün otelə getməyi, səhər isə tüfəngləri götürüb ova getməyi planlaşdırıb.

Dəniz Pənahova

Chosen
10
tribunainfo.az

1Sources