EN

Qurban Qurbanov: "Doğma stadionda ilk oyunumuzu qələbə ilə tamamlamaq istəyirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Özünəməxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
"Doğma meydanda ilk oyunumuzu keçirəcəyik və qələbə qazanmağa çalışacağıq. Futbolçularln üzərinə böyük məsuliyyət düşəcək. Çox güc sərf etməli olacaqlar. Rəqib fiziki gücünə görə üstündür. Özünəməxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq. Çalışdıq ki, komandanı oyuna yaxşı hazırlayaq. Azarkeşlərin bizdən qələbə gözləməsi əlavə stimul verir".
Qeyd edək ki, "Qarabağ" - "Malmö" görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Anar Həsənov
Chosen
22
27
oxu.az

10Sources