EN

“Bu gün Ulu Öndərin ruhu şaddır”- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin amalı, qayəsi doğma Azərbaycanın tərəqqisi, parlaq gələcəyi idi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bu gün Ulu Öndərin ruhu şaddır. Dahi şəxsiyyətin layiqli davamçısı Prezident cənab İlham Əliyevin Ulu Öndərimizin dövləti idarəetmə ənənələrini, siyasi kursunu uğurla davam etdirməsi Azərbaycan xalqında parlaq, qüdrətli gələcəyə inamı daha da artırıb. Böyük iftixar hissi ilə bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirən, ideyalarının gerçəkləşməsini layiqincə təmin edən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan bundan sonra da böyük inkişaf yolu keçəcək, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
olaylar.az

1Sources