EN

Bölgənin və Qərbi Asiyanın gələcəyini onlar müəyyən edəcək

“Biz regionun sabitliyi və təhlükəsizliyinə sadiqik, təcavüzkarlara qarşı sərt davranırıq”.

Publika.az xəbər verir ki, bunu İsrailin hərbi bazalarına raket hücumundan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

"BMT Nizamnaməsinin 51-ci maddəsi ilə müəyyən edilmiş təhlükəsizlik, suverenlik və ərazi bütövlüyünün müdafiəsi hüququ əsasında biz çaşqınlıq içində olan təcavüzkarlara qarşı qətiyyətlə hərəkət etdik”, - deyə o qeyd edib.

“İsrail və onun havadarları bilməlidirlər ki, İran İslam Respublikası qətiyyətlə hərəkət edir. İranın suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı atılmış addımlar cavabsız qalmayacaq. Bir daha sübut olundu ki, İranın “uzun qolları” istənilən nöqtəyə çata bilər", - deyə Kənani vurğulayıb.

Chosen
12
publika.az

1Sources